Tel.: (+994 12) 555-44-30; (+994 50) 555-20-30

SİDİK AXARI DAŞLARI

89437Sidik axarı daşları - Ümumi məlumatlar

Orqanizmdə baş verən biokimyəvi reaksiyalarda yaranan zərərli maddələrin bədəndən atılması, lazımlı maddələin qana verilməsi böyrəklər tərəfindən həyata keçirilir. Sidikdə həll olmayan və atıla bilməyən kristalların birləşməsiylə daş əmələ gəlir.

Ən çox 30-60 yaş arasında və kişilərdə qadınlara nisbətlə 3 dəfə artıq görülür. Genetik faktorlar, iqlim, qidalanma vərdişi, gündəlik maye qəbulu, bəzi dərman preparatlarının və bəzi xəstəliklərin daş yaranmasında təsiri olduğu müəyyənləşdirilmişdir.

Sidik axarı daşları:

Sidik axarında olan daşların demək olar ki hamısı böyrəklərdən düşmüş böyrək daşlarıdır. Daşların yarısından çoxu sidik axarının son 1/3 hissəsində yerləşirlər. Sidik axarı daşlarının əsas əlamətləri şiddətli ağrı və hematuriyadır. (qanlı sidik). Ağrı, sidik axarı içində daşın hərəkəti səbəbilə yaranan spazma bağlıdır. Həmçinin hərəkət zamanı sidik axarının daşla zədələnməsi qanama və qanlı sidik əlamətiylə nəticələnir. Bəzi xəstələrdə daş sidik axarını tamamilə tutur və anuriya adlanan-sidiyin çıxarılmasını mümkünsüz edir. Anuriya 3 formada olur.

  1. Xəstə tək böyrəkli olduqda
  2. Xəstənin hər iki sidik axarı daşla tutulduqda
  3. Bir axarın tutulmasına bağlı olaraq digər sidik axarının da refleks olaraq spazmı və tutulması

 

2_1Ən çox görülən daşlar hansılardır? - Ən çox Kalsium daşları (okslat və ya fosfat ) və daha az infeksiyali daşlar, urat və sistin daşları görülür.

Sidik axarı daşları hansı şikayətlərə yol açar: - Sidik axarı daşlarında ağrı, ürəkbulanma, qusma kimi şikayətlər ola bilir. Üst sidik axarı daşlarında ağrı yan tərəfdə olub, belə və qasıq bölgəsinə yayılır. Alt sidik axarı daşlarında ağrı bel və qasıq bölgəsi, xayalara vura bilir. Bununla yanaşı sidik ifrazı zamanı yanma, tez-tez sidiyə getmə hissi ola bilir.

Daş yaranmaya səbəb olan aşağıdakı risk faktorları vardır:

  • Sidik yolu infeksiyaları
  • Böyrəkdəki anadangəlmə anomaliylar
  • Böyrək xəstəlikləri olanlar
  • Qidalanma vərdişi
  • Normadan az maye qəbulu
  • İsti iqlim qurşağı
  • Bəzi dərman preparatları
  • Bəzi bağırsaq xəstəlikləri
  • Genetik faktorlar
  • Keçirilmiş bağırsaq əməliyyatları
  • Metabolik xəstəliklər

Necə diaqnoz qoyulur? - Ultrasəs müayinəsi (USM),KT ( computer tomoqrafi) və pieloqrafiya (vena daxili verilən preparatla böyrəyin müayinəsi) vasitəsilə sidik yolları və böyrəyin müayinəsi ilə diaqnoz qoyulur.

1493_1976462734Sidik axarı daşları necə düsür - Ümumi olaraq sidik axarında hər hansı bir darlıq və ya anomaliya olmayanda ölçüsü 4-5 mm olan sidik axarı daşları özləri düşə bilir. Daha əvvəl daş düşmüş olanlarda sonradan əmələ gələn daşların düşməsi daha asan olur.

Hansı vəziyyətlərdə daşa müdaxilə etmək lazımdır? - Sidik axarı daşlarına müdaxiləyə qərar vermək üçün böyrəyin ümumi vəziyyətinə baxmaq lazımdır. Əgər böyrəkdə hər hansı bir infeksiya, ciddi dərəcədə böyrək genişlənməsi varsa, tək böyrəkli insanlarda və ya digər böyrəkdə funksiya pozğunluğu olarsa müdaxilə etmək lazımdir. Tam sidik axarı tutulması varsa,qısa zaman ərzində təcili müdaxilə etmək lazımdir, əks təqdirdə gəcikərsə böyrəkdə geri dönməz dəyişiklik yaranar.

Ağrının olmaması daşın düşməsi deməkdirmi? - Ağrının yox olması çox zaman yaxşılaşması kimi qəbul olunur. Ancaq bu vəziyyət çox təhlükəlidir. Kiçik daşlar hərəkətli olduqları üçün daha çox ağrı və şikayətə səbəb olur. Böyük daşlar isə daha az hərəkətli olduqları üçün az ağrılı olurlar. Ağrının itməsi çox zaman artıq yaxşı olmağa aldanmaqdır, bu isə son dərəcə təhlükəlidir. Sidik gedişinə əngəl olmasının yarattığı böyrək zədəsi unudulmamalıdır.

Daşlarla əlaqədar hansı problemlər yarana bilir? - Əsas şikayət ağrıdır. Sidik yollarında olan infeksiyalı daş bütün bədənə yayılabilən infeksiya mənbəyi ola bilər. Sidik axarlarının hər hansı bir hissəsində tıxanma olarsa böyrəkdə funksiya itirilməsinə gətirib çıxara bilir.

 

Müalicə

Sidik yolu daşlarının 80%-i hər hansı bir müalicə etmədən düşür. Daşın düşməsinə təsir edən ən önəmli faktor- daşın böyüklüyüdür. 4-5 mm-dən kiçik daşlar düşə bilərkən, 8-9 mm-dən böyük daşların düşməsi üçün müdaxilə gərəkli olur. Daşın forması və sidik yolundakı yerləşmə şəkli də düşməyə təsir edən faktorlardandır.

Daşın düşməsini asanlaşdırmaq üçün gün ərzində ən az 2 litr maye qəbulu şərtdir.

ESWL (daş qırma) ve endoskopik (URS) (qapalı) və ya açıq cərrahi üsulardan istifadə olunur. Daşın böyüklüyünə, yerinə və sidik kanalları ilə böyrəklərin vəziyyətinə görə müalicə üsulu seçilir.

Daş xəstələrinə ümumi məsləhətlərimiz

  • Maye qəbulunu artırmalı (gündə ən az 2 litr və çox)
  • Heyvani zülal qidaları, duz qəbulunu azaltmalı
  • Ailəsində daş xəstəliyi olanlarda daş görülmə riski vardır

Təkrarlayan daş xəstəliklərində daş yaranmasının qarşısını almaq və ya yaranmanı gecikdirmək üçün dieta və dərman müalicəsi məsləhət görülür. Bunun üçün daha əvvəl daş problemi olanların 24 saatlıq sidik, qan müayinəsi və daşın kimyəvi tərkibini müəyyənləşdirmək lazımdır.

FOTOQALEREYA

  • o_19p3v2qaf2dtru310sv1pn11oo9t.jpg
  • o_19p3v2qaf13ra1k10fa5s610jnn.jpg
  • o_19p3v2qaf1r39tkcgkv1l35qtko.jpg
  • o_19p3v2qaf1a2e1rq7h7d1s7efnp.jpg
  • o_19p3v2qaf11t11rm1kpupipmbeq.jpg
  • o_19p3v2qafvrknefski1rf31nhtr.jpg
  • o_19p3v2qaf12c682fo9b1rg41r7bs.jpg
  • o_19p3v2qae1iatbpu1lki1vgqengm.JPG
  • o_19osi4m6p1aod118f1k4s15to1ks4u.jpg
  • o_19p3v2qaf1rhr1hp1i8315sj1gncu.png
  • o_19p3v2qag1gcp1jlfmp21akfp2tv.jpg
  • o_19p3v3lcpr14121br71vlofd13u.jpg

FACEBOOK

Əlaqə məlumatları

adress

MediStyle Hospital.

Həsən Əliyev.116 (Şəki restoranının yaxınlığı. Nərimanov metrosundan 2 və 11 saylı avtobuslarla gəlmək olar).

(+994 12) 555 44 30

(+994 50) 555 20 30

info%drseymur#az

 

Həkimə müraciət forması

İsmarıc: (min 10 sym)*

Ad və soyadınızı daxil edin:*

Email ünvanınızı daxil edin:*

Telefon:*

Yoxlama sual:*

=

(*) - işarələnmiş sahalərin doldurulması vacibdir!

Müraciət göndərildi

Müraciətin göndərilməsi mümkün olmadı!