Tel.: (+994 12) 555 44 30; (+994 55) 244 44 30

SİSTİT NƏDİR?

cystitis"Sistit" termini yunan dilində "CYST"- "sidik kisəsi" deməkdir. Sidik-cinsiyyət sisteminin ən çox görülən xəstəliklərindən biridir. Sistit, sidik kisəsinin bakterial iltihabıdır. Sistitlə birlikdə sidik – cinsiyyət yollarının iltihabı olur. Normada sidik kisəsində, sidikdə bakteriya olmaz. E.Coli, stafilokoklar,streptokok kimi bakteriyalar sidik axarı vasitəsilə sidik kisəsinə keçirlər.

Normal olaraq bu bakteriyalar qalın bağırsaqda olurlar və alt sidik yollarına keçən bakteriyalar sidik ifrazı ilə bədəndən uzaqlaşdırılır. Ancaq bakteriya sayı çoxaldıqda və ya atılması mümkün olmadıqda sidik kisəsi və böyrəklərdə iltihaba səbəb olur.

Hər hansı bir patologiya nəticəsində bakteriyalar sidik kisəsinə keçir və sistit yaranır. Qadınlarda sidik axarı qısa və geniş olduğu üçün sistit daha çox rast gəlinir. Sidik axarının tıxanması nəticəsində sidik kisəsində sidik yığılır və sistit yaranması üçün şərait yaranır.

Vaxtında müalicə edilməzsə xəstəlik xronikiləşə bilər, böyrəklərə yayıla bilər və böyrək-sidik kisəsində zədələnmələrə gətirib çıxara bilir. Bakterial sistitlər 20-40 yaş arası gənc qadınlar arasında daha çox rast gəlinir. Hər 5 qadından biri həyatının hər hansı bir dövründə 1 dəfə də olsa sistitdən əziyyət çəkmişdir. Qadınlarda sistitin sıx görülmə səbəbi sidik axarının qısa olmasıdır.

Sistitə səbəb olan risk faktorları:

Sidik ifrazını çətinləşdirən vəziyyətlər ( sidik yollarında daş, şiş, yad cisim və.s.), gigiyenik qaydalara riayət etməmək, şəkərli diabet, hamiləlik, yaşlılıq, qaydasız cinsi əlaqə ( yeni evlənənlərdə daha çox göründüyü üçün , buna “bal ayı sistiti” deyilir), menopauza, kişilərdə prostat, sidik kanalı xəstəlikləri.

ƏLAMƏTLƏRİ

  • Dizuriya- Sidik ifrazı zamanı yanma, qaşınma hissi. Yanma hissi sidik ifrazından sonra da davam edir.
  • Pollakuriya- tez tez və az sidik ifrazı
  • Tez-tez sidik ifraz etmə hissi
  • Tam boşalmama hissi
  • Bulanıq, pis iyli sidik ifrazı
  • Disparoniya- Cinsi əlaqə zamanı ağrı hissinin olması
  • Hematuriya- sidikdə qan olması
  • Qasıq və göbək altı bölgədə ağrı
  • Temperatur
  • Tərləmə
  • Yorğunluq
  • Qusma və ürəkbulanma

 

DİAQNOZU

Uroloq xəstənin şikayətləri və testlərə əsaslanaraq diaqnoz qoyur. Bu testlər sidik analizi, sistoskopiya (xüsusi alətlə sidik axarı və sidik kisəsinin görüntülənməsi) və vena daxili pieloqram adlanan xüsusi bir retgen çəkilməsi. İltihaba səbəb olan bakteriyanı müəyyən etmək üçün sidiyin əkilməsi lazım ola bilir.

 

SİSTİTİN MÜALİCƏSİ

Sistitlər, bakterial xəstəlik olduqları üçün antibiotiklərlə müalicə edilir. Müalicəyə başlamazdan əvvəl sidik analizi, əkilməsi və müvafiq antibiotik seçilməsi vacibdir. Xroniki sistitlərdə müalicə uzun müddətli ola bilir.

Sistit zamanı müalicəvi pəhriz

  • Ümumi qəbul edilən qidanın, həmçinin yağlı və duzlu qidanın həcmini azaltmalı
  • Sutka ərzində 2-2,5 litr maye qəbul etməli
  • Sidikqovucu çaylardan (urotea kimi böyrək çaylarından) istifadə etməsi və bu məhsullardan çox istifadə etməli: ananas, şalğam, albalı, moruq, yunan qabağı, başinağacı, kələm, şabalıd, quşüzümü, moruq, manqo, yulaf, xiyar, şaftalı, gavalı, balqabaq, gilas və s.
  • Təzə sıxılmış ərik, şaftalı və üzüm şirələri içməli
  • B1 vitamini ilə zəngin olan qidalar qəbul etməli (qaynadılmış kartof, banan, çərəzlər, lobya)
  • C vitamininə olan gündəlik tələbat 1 qramdan artıq olmamalı
  • Yay mövsümündə çoxlu qarpız yeməli (günə 2-2,5 kq)
  • Rasiondan qatı bulyonları, şokoladı, kakao, mayonez, konservləşdirilmiş məhsulları, qızardılmış və kəskin ədviyyatlı qidaları çıxarmalı
  • Spirtli içkilərdən istifadə etməməli
  • Gün ərzində 2-3 qramdan artıq xörək duzu qəbul etməməli (o cümlədən hazır məhsulların və çörəyin tərkibindəki duz da daxil olmaqla)
  • Ağır fiziki işlərlə məşğul olmamalı, soyuqdan qaçmalı

 

QORUNMA YOLLARI

Sistitdən qorunmaq üçün:

  1. Sidiyi saxlamamaq
  2. Mümkün olduğu qədər tez tez sidik ifraz etmək, beləliklə sidik kisəsindəki bakteriyaları uzaqlaşdıra bilərsiz
  3. Cinsi əlaqədən sonra 10 dəqiqə içində sidik ifraz etməyə çalışmaq
  4. Gün boyu bol su içilməsi (mümkünsə gündə 8 stəkan). Su, sidik kisəsində bakteriyaların tutulmasının qarşısını alır və bədəndən uzaqlaşmasını təmin edir
  5. Qəhvə, çay, alkoqol kimi içəcəklərdən mümkün olduğu qədər az istifadə etmək
  6. Genital bölgənizin uzun müddət nəm qalmamasına çalışmaq. Nəm bakteriyaların çoxalmasına şərait yaradır
  7. Hər gün mütləq iç geyiminizi dəyişin
  8. Vaginal ətir, sabunlardan az istifadə etmək
  9. Menopauza dövründə estrogenli kremlərdən istifadə etmək
  10. Xüsusilə yay aylarında hovuz sistitinə diqqət etmək lazımdır. Çirkli hovuzlardan istifadə etməmək lazımdır

 

KİŞİLƏRDƏ SİSTİT

4_1Sistit kişilərdə çox görülən xəstəlik sayılmaz. Sidik axarının uzun olması səbəbi ilə kişilərdə sisititin başqa səbəbləri var; sidik axarına təzyiq edən böyümüş prostat, sidik axarında şiş, daş, yad cisim və. s.

Əlamətləri

  • Sidik ifrazı zamanı ağrı hiss etmək
  • Tez-tez və ya təcili sidik ifraz etmə hissi
  • Bulanıq, pis iyli, qanlı sidik ifrazı. Temperatur

FOTOQALEREYA

  • o_19p3v2qaf2dtru310sv1pn11oo9t.jpg
  • o_19p3v2qaf13ra1k10fa5s610jnn.jpg
  • o_19p3v2qaf1r39tkcgkv1l35qtko.jpg
  • o_19p3v2qaf1a2e1rq7h7d1s7efnp.jpg
  • o_19p3v2qaf11t11rm1kpupipmbeq.jpg
  • o_19p3v2qafvrknefski1rf31nhtr.jpg
  • o_19p3v2qaf12c682fo9b1rg41r7bs.jpg
  • o_19p3v2qae1iatbpu1lki1vgqengm.JPG
  • o_19osi4m6p1aod118f1k4s15to1ks4u.jpg
  • o_19p3v2qaf1rhr1hp1i8315sj1gncu.png
  • o_19p3v2qag1gcp1jlfmp21akfp2tv.jpg
  • o_19p3v3lcpr14121br71vlofd13u.jpg

FACEBOOK

Əlaqə məlumatları

adress

Grand Hospital.

Həsən Əliyev, 38. (1 saylı ASAN xidmətin yaxınlığı). Hospitala 6, 8, 38, 61, 83 saylı avtobuslarla gəlmək olar.

(+994 12) 555 44 30

(+994 50) 555 20 30

(+994 55) 244 44 30

info%drseymur#az

 

Həkimə müraciət forması

İsmarıc: (min 10 sym)*

Ad və soyadınızı daxil edin:*

Email ünvanınızı daxil edin:*

Telefon:*

Yoxlama sual:*

=

(*) - işarələnmiş sahalərin doldurulması vacibdir!

Müraciət göndərildi

Müraciətin göndərilməsi mümkün olmadı!